STATİSTİKA

10 məhsula 26 milyon dollar xərc çəkilib
25 APREL
187

10 məhsula 26 milyon dollar xərc çəkilib

2018-04-25 21:15:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017 –ci ildə MDB ölkələrindən olan Qazaxıstandan Azərbaycana idxal olunan məhsulların dəyəri 2016-cı il ilə müqayisədə 9%  artıb.

Belə ki, 2017- ci ildə Qazaxıstandan gətirilən bütün mallar üçün 107.827,39 min dollar xərclənmişdirsə, bu rəqəm 2016-cı ildə 98.117,08 min ABŞ dolları idi.

Bu məhsullardan ən çox dəyərə malik olan Digər dəmiryol lokomotivləri, lokomotiv tenderlər adı ilə qeyd edilmiş məhsul növləridir ki, 2017-ci ildə bu məhsuldan 10 ədəd idxal edilib və 26.257,21 min dollar xərclənib, bu məhsul 2016-cı ildə idxal edilməyib. Bu göstərir ki, həmin məhsulun vahidinin orta qiyməti 2,6 mln dollardır.

Eləcədə bax: İdxalda ən çox bu məhsul üçün pul xərclənib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276