STATİSTİKA

İdxalda ən çox bu məhsul üçün pul xərclənib
25 APREL
185

İdxalda ən çox bu məhsul üçün pul xərclənib

2018-04-25 09:00:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017 –ci ildə MDB ölkələrindən olan Belarusiyadan Azərbaycana idxal olunan məhsulların dəyəri 2016-cı il ilə müqayisədə 99,8%  artıb.

Belə ki, 2017- ci ildə Belarusiyadan gətirilən bütün mallar üçün 130.214,3 min dollar xərclənmişdirsə, bu rəqəm 2016-cı ildə 76.295,64 min ABŞ dolları idi.

Bu məhsullardan ən çox dəyərə malik olan digər traktorlar adı ilə qeyd edilmiş traktor növləridir ki, 2017-ci ildə bu məhsuldan 1.661 ədəd idxal edilib və 40.150,68 min dollar xərclənib, bu məhsul 2016-cı ildə 1.187 ədəd idxal edilib və 24.318,6 min ABŞ dolları sərf edilmişdir. Bu iki ilin müqayisəsi göstərir ki həmin məhsulun dəyəri  99%, sayı isə 39% artıb.

Eləcədə bax: 7590 ədəd ixrac edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276