STATİSTİKA

577 ədəd yeni vaqon gətirilib
19 APREL
981

577 ədəd yeni vaqon gətirilib

2018-04-19 15:15:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 577 ədəd Özügetməyən dəmiryol və ya tramvay yükvaqonları idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 2.565 ədəd idi.

2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 15 ədəd ixrac edilib. 2016-cı ilin eyni dövründə də bu məhsuldan 15 ədəd ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 26.953,49 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 115.183,78 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 43,62 min ABŞ dolları,2016-cı ildə isə 45,02 min ABŞ dolları idi.

Eləcə də bax: Məhsulun idxalı 9 dəfədən çox artıb

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017(4 rüb)

ədəd

577

26.953,49

15

43,62

2016(4 rüb)

ədəd

2.565

115.183,78

15

45,02

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 77% -dən çox, dəyəri 76% -dən çox azalıb, ixrac çəkisi dəyişməmiş, dəyəri isə 3% -dən çox azalıb.

Eləcə də bax: Mətbəx ləvazimatlarının idxal dəyəri azalıb

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254