STATİSTİKA

Ən çox dəyəri artan metal "sink"dir
17 APREL
136

Ən çox dəyəri artan metal "sink"dir

2018-04-17 13:13:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 607,31 ton Emal olunmamış sink idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 490,5 ton idi.

2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 466,62 ton ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 186 ton ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 1.984,19 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 1.175,46 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 1.165,69 min ABŞ dolları, 2016-cı ildə isə 188,6 min ABŞ dolları olmuşdur.

Eləcə də bax: Qurğuşunun ixrac dəyəri artıb – 54%

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017(4 rüb)

ton

607,31

1.984,19

466,62

1.165,69

2016(4 rüb)

ton

490,5

1.175,46

186

188,6

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 23% -dən çox, dəyəri 68% -dən çox, ixrac  çəkisi 150% -dən çox, dəyəri isə 518% -dən çox artmışdır .

Eləcə də bax: Bu metalın ixrac çəkisi azalsa da, dəyəri artıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277