STATİSTİKA

Boru ixracında artım var
15 APREL
273

Boru ixracında artım var

2018-04-15 13:35:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 70.872,14 ton Qara metallardan (tökmə çuqun istisna edilməklə) qaynaq yeri olmayan borular, borucuqlar, içiboş profillər idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 76.595,78ton idi.

2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 46.209,73 ton ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 8.653,15 ton ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 186.861,37 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 216.671,57 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 29.268,76 min ABŞ dolları, 2016-cı ildə isə 6.426,85 min ABŞ dolları olmuşdur.

Eləcə də bax: Bu məhsulun idxal çəkisi azalsa da dəyəri artıb – 49%

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017(4 rüb)

ton

70.872,14

186.861,37

46.209,73

29.268,76

2016(4 rüb)

ton

76.595,78

216.671,57

8.653,15

6.426,85

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 7% -dən çox, dəyəri 13%-dən çox azalmış, ixrac  çəkisi 434% -dən çox, dəyəri isə 355%-dən çox artmışdır .

Eləcə də bax: Bu gübrənin idxalında artım var

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267