Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 2.972,65 kq Zərgərlik məmulatları və onların qiymətli metallardan və qiymətli metallarla örtülmüş metallardan olan hissələri idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 3.475,95 kq idi.
2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 8,96 kq ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 14,81 kq ixrac edilib.
Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 12.922,77 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 8.620 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 334,56 min ABŞ dolları, 2016-cı ildə isə 198,74 min ABŞ dolları olmuşdur.
Eləcə də bax: Bijuteriyadan istifadə azalıb
|
Ölçü vahidi |
İdxal (miqdar) |
İdxal (dəyər)-min ABŞ dolları |
İxrac (miqdar) |
İxrac (dəyər)- min ABŞ dolları |
2017(4 rüb) |
kq |
2.972,65 |
12.922,77 |
8,96 |
334,56 |
2016(4 rüb) |
kq |
3.475,95 |
8.620 |
14,81 |
198,74 |
Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 14% -dən çox azalmış, dəyəri 49%-dən çox artmış, ixrac çəkisi 39% -dən çox azalmış, dəyəri isə 68%-dən çox artmışdır .