STATİSTİKA

Qalstuk idxalı azalsa da ixracı artıb – 20 dəfə
12 APREL
137

Qalstuk idxalı azalsa da ixracı artıb – 20 dəfə

2018-04-12 10:00:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 293.740 ədəd  Qalstuklar, kəpənək-qalstuklar və boyun yaylıqları idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 329.621 ədəd idi.

2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 542 ədəd ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 27 ədəd ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 420,15 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 487,28 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 3,68 min ABŞ dolları, 2016-cı ildə isə 1,53 min ABŞ dolları olmuşdur.

Eləcə də bax: Qadın paltoları idxalı artıb – 57%

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017(4 rüb)

ədəd

293.740

420,15

542

3,68

2016(4 rüb)

ədəd

329.621

487,28

27

1,53

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 10% -dən çox, dəyəri 13%-dən çox azalmış, ixrac  çəkisi 20 dəfədən çox, dəyəri isə 2,4 dəfədən çox artmışdır .

Eləcə də bax: Uşaq geyimi idxalında azalma var

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279