STATİSTİKA

Neft qazlarının idxalı azalıb – 61%
07 APREL
460

Neft qazlarının idxalı azalıb – 61%

2018-04-07 22:30:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 494.963,93 min kubm  Neft qazları və digər qaz halında karbohidrogenlər  idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 306.901,11 min kubm idi.

2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 7.543.483,34 min kubm ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 8.396.037,68 min kubm  ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 69.821,01 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 48.705,09 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 1.193.712,38 min ABŞ dolları, 2016-cı ildə isə 1.096.683,23 min ABŞ dolları olmuşdur.

Eləcə də bax: Xam neftin ixrac çəkisi azalsada, dəyəri artıb

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017(4 rüb)

min kubm

494.963,93

69.821,01

7.543.483,34

1.193.712,38

2016(4 rüb)

min kubm

306.901,11

48.705,09

8.396.037,68

1.096.683,23

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal çəkisi 61% -dən çox, dəyəri 43%-dən çox artmış, ixrac  çəkisi 10%-dən çox azalmış, dəyəri isə 8%-dən çox artmışdır .

Eləcə də bax: Banan idxalında artım var

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256