STATİSTİKA

Ötən il çayın ixrac qiyməti artıb
04 APREL
332

Ötən il çayın ixrac qiyməti artıb

2018-04-04 21:15:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 13.585,44 ton  Çay ( aromatik dad əlavələri və ya onlarsız) idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 12.609,27 ton idi.

2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 1.734,96 ton ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 1.137,7 ton ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 53.984,09 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 44.730,51  min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 10.232,65 min ABŞ dolları, 2016-cı ildə isə 6.178,82 min ABŞ dolları olmuşdur.

Eləcə də bax: Banan idxalında artım var

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017(4 rüb)

ton

13.585,44

53.984,09

1.734,96

10.232,65

2016(4 rüb)

ton

12.609,27

44.730,51

1.137,7

6.178,82

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 7% -dən çox, dəyəri 20%-dən çox, ixrac  çəkisi 52% -dən çox, dəyəri isə 65%-dən çox artmışdır .

Eləcə də bax: Bu məhsulun ixrac çəkisi artıb – 4 dəfə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259