Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 25.694,87 ton Banan ( plantayn daxil olmaqla, təzə və ya qurudulmuş) idxal olunub. 2016-cı ildə bu məhsulun idxal çəkisi 21.515,44 ton idi. 2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan ixrac edilməyib, 2016-cı ildə də həmçinin.
Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 19.222,95 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 17.887,92 min ABŞ dollar təşkil edirdi.
Eləcə də bax: Bu məhsulun ixrac çəkisi artıb – 4 dəfə
|
Ölçü vahidi |
İdxal (miqdar) |
İdxal (dəyər)-min ABŞ dolları |
İxrac (miqdar) |
İxrac (dəyər)- min ABŞ dolları |
2017(4 rüb) |
ton |
25.694,87 |
19.222,95 |
- |
- |
2016(4 rüb) |
ton |
21.515,44 |
17.887,92 |
- |
- |
Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 19% -dən çox, dəyəri 7%-dən çox artmışdır.