STATİSTİKA

Kartof idxalı azalıb – 41%
27 MART
530

Kartof idxalı azalıb – 41%

2018-03-27 16:32:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 106.662,23 ton  Kartof, təzə və ya soyudulmuş idxal olunub. 2016-cı ildə idxal çəkisi 183.005,41 ton idi.

2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 57.569,99 ton ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 38.229,41 ton ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 22.802,48 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 33.792,82 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 25.810,74 min ABŞ dolları, 2016-cı ildə isə 15.789,08 min ABŞ dolları olmuşdur.

Eləcə də bax: Azərbaycan Ukraynanın ən çox ət satdığı 5 ölkədən biridir

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017(4 rüb)

ton

106.662,23

22.802,48

57.569,99

25.810,74

2016(4 rüb)

ton

183.005,41

33.792,82

38.229,41

15.789,08

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 41% -dən çox, dəyəri 32%-dən çox azalmış, ixrac  çəkisi 50% -dən çox, dəyəri isə 63%-dən çox artmışdır .

Eləcə də bax: Qoyun, keçi ixracının miqdarı çox artsa da dəyərindəki artım azdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256