STATİSTİKA

Ev quşunun idxal dəyəri artıb – 52%
12 MART
319

Ev quşunun idxal dəyəri artıb – 52%

2018-03-12 14:04:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə ölkəyə 25.829,62 ton  Ev quşlarının əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş idxal olunub. 2016-cı ildə idxal çəkisi 24.435,38  ton idi.

2017-ci ilin dörd rübü üzrə həmin məhsul Azərbaycandan 235,7 ton ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan ixrac edilməyib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 4 rübü ərzində adıçəkilən məhsul üçün 31.024,58 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 20.366,86 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 4 rübü üzrə 43,18 min ABŞ dolları olmuşdur.

Eləcə də bax: Şəkərin ixracındakı gəlir azalıb

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017 (3 rüb)

ton

25.829,62

31.024,58

235,7

43,18

2016 (3 rüb)

ton

24.435,38

20.366,86

-

-

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə idxal 5,7%-dən çox, dəyəri 52,3%-dən çox artmışdır, ixrac isə 2017-ci ildə başlanılmış və 43,18 min ABŞ dolları gəlir gətirmişdir.

Eləcə də bax: Tütünün idxal dəyərində artım var

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255