STATİSTİKA

Tacikistandan məhsul idxalında azalma var
07 MART
194

Tacikistandan məhsul idxalında azalma var

2018-03-07 12:30:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - dekabr ayları üzrə MDB ölkələri içərisindən yeganə Saldosu ( İxrac-İdxal, min ABŞ dolları) müsbət olan ölkə Tacikistan  olub. 2017-ci il üzrə idxal dəyəri 47,4 min dollar,  2016-cı ildə isə adıçəkilən ölkədən idxal dəyəri 238,5 min ABŞ dolları idi.

2017-ci ilin dörd rübü üzrə həmin ölkəyə Azərbaycandan 1.998,4 min ABŞ dolları məbləğində məhsul ixrac edilib. 2016-cı ilin eyni dövründə bu ölkəyə 12.082 min ABŞ dolları məbləğində məhsul ixrac edilib.

Eləcə də bax: Antibiotik dərman vasitələrinin idxalında artım var – 1,8 DƏFƏ

 

İllər

Ölçü vahidi

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (dəyər)- min ABŞ dolları

 

Saldo ( İxrac-İdxal)

2017

Min ABŞ dolları

47,4

1.998,4

1951

2016

Min ABŞ dolları

238,5

12.082

11.843,5

Beləliklə, 2017-ci ilin yanvar-dekabr ayları üzrə Saldo 83%-dən çox, idxal dəyəri 80%-dən çox, ixrac dəyəri isə 83% –dən çox azalmışdır.

Eləcə də bax: 2018–2025-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267