STATİSTİKA

2018–2025-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq olunub
15 FEVRAL
333

2018–2025-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq olunub

2018-02-15 10:38:00

2018–2025-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq edilib.

Fins.az xəbər verir ki, Prezident İlham Əliyev fevralın 14-də “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama görə, Dövlət Statistika Komitəsinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Bundan başqa, Maliyyə Nazirliyi Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin edəcək.

Dövlət Proqramına ümumilikdə 59, o cümlədən sosial, iqtisadi və çoxsahəli statistika sahəsində müşahidələrin təşkili və onlara dair metodologiyaların hazırlanması üzrə 29, metaməlumatlar və təsnifatlar üzrə 6, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı üzrə 7, istifadəçi məmnunluğunun artırılması üzrə 3, beynəlxalq əməkdaşlıq üzrə 7, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi üzrə 7 tədbir daxil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259