STATİSTİKA

Bu məhsulun idxalı 10 dəfədən çox artıb
07 FEVRAL
322

Bu məhsulun idxalı 10 dəfədən çox artıb

2018-02-07 21:15:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - sentyabr ayları üzrə ölkəyə 119,490.15 ton  Ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza idxal olunub. 2016-cı ildə idxal çəkisi 11,206.11 ton idi.

2017-ci ilin üç rübü üzrə həmin məhsul Azərbaycandan 52,236.16 ton ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan 89,260.9  ton ixrac edilib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 3 rübü ərzində adıçəkilən məhsul üçün 6,0961.8 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 5,854.48 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 3 rübü üzrə 33,906.3 min ABŞ dolları ildə isə 50,426.11 min ABŞ dolları olmuşdur.

Eləcə də bax: Bu məhsulun idxalında artım var

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017 (3 rüb)

ton

119,490.15

60,961.8

52,236.16

33,906.3

2016 (3 rüb)

ton

11,206.11

5,854.48

89,260.9

50,426.11

Beləliklə, 2017-ci ilin yanvar-sentyabr ayları üzrə idxal 10.6 dəfədən çox, dəyəri 10.4dəfədən çox artmışdır, ixrac isə 2017-ci ildə 2.5% (1.02 dəfə)-dən çox, dəyəri 41.4% ( 1.7 dəfə) –dən çox , dəyəri də uyğun olaraq 32.7% (1.4 dəfə) –dən çox azalmışdır.

Eləcə də bax: Düyü idxalı artıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273