STATİSTİKA

Mərci idxalında artım var – 5.3 dəfə
05 FEVRAL
300

Mərci idxalında artım var – 5.3 dəfə

2018-02-05 13:08:00

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata əsasən 2017-ci ilin yanvar - sentyabr ayları üzrə ölkəyə 2,367.53 ton  qurudulmuş mərci idxal olunub. 2016-cı ildə idxal çəkisi 439.5 ton idi.

2017-ci ilin üç rübü üzrə həmin məhsul Azərbaycandan 4.13 ton ixrac edilib. 2016-cı ilin eyni dövründə bu məhsuldan ixrac edilməyib.

Ümumi satış qiymətlərinə gəlincə, 2017-ci ilin 3 rübü ərzində adıçəkilən məhsul üçün 2,153.68 min ABŞ dolları xərclənibsə, 2016-cı ildə 468.98 min ABŞ dollar təşkil edirdi. İxrac qiyməti 2017-ci ilin 3 rübü üzrə 5.53 min ABŞ dollar olmuşdur.

Eləcə də bax: Yoqurt ixracında artım var – 40%

 

Ölçü vahidi

İdxal (miqdar)

İdxal (dəyər)-min ABŞ dolları

İxrac (miqdar)

İxrac (dəyər)- min ABŞ dolları

2017 (3 rüb)

ton

2,367.53

2,153.68

4.13

5.53

2016 (3 rüb)

ton

439.5

468.98

-

-

Beləliklə, 2017-ci ilin yanvar-sentyabr ayları üzrə idxal 438% (5.3 dəfə) -dən çox, dəyəri 359% ( 4.5 dəfə) -dən çox artmışdır, ixrac isə 2017-ci ildə olmuş və  5.53 ABŞ dolları gəlir gətirmişdir.

Eləcə də bax: Bu məhsulun idxalı azalıb – 37 dəfə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271