STATİSTİKA

Büdcə təşkilatları I yarımildə 18 mln. manat istifadə edib
15 AVQUST
201

Büdcə təşkilatları I yarımildə 18 mln. manat istifadə edib

2017-08-15 18:51:00

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 887,5 mln. kVt/saat elektrik və 142,8 min Qkal istilik enerjisindən, 90,1 mln. kubmetr təbii qazdan istifadə edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 5,9%, istilik enerjisindən 23,6%, təbii qazdan 3,1% çox istifadə edilib.

Hesabat dövründə bu qurumlar 79,9 mln. manatlıq elektrik enerjisi, 3,9 mln. manatlıq istilik enerjisi, 18 mln. manatlıq təbii qaz istifadə edib.

Cari ilin yanvar-iyun aylarında ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 9,4 mlrd. kVt/saat elektrik enerjisi istehlak edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294