STATİSTİKA

İkinci çörəyin istehsalı 9 faizə yaxın azalıb
15 AVQUST
309

İkinci çörəyin istehsalı 9 faizə yaxın azalıb

2017-08-15 14:25:00

Bu il avqustun 1-nə kimi tarlalardan 526,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz az kartof, 800,8 min ton (9,3 faiz çox) tərəvəz, 311,5 min ton (9,2 faiz az) bostan məhsulları, 202,0 min ton (12,1 faiz çox) meyvə və giləmeyvə, 4,1 min ton (15,5 faiz çox) üzüm, 1,8 min ton (12,3 faiz çox) dən üçün günəbaxan, 2,0 min ton (4,2 faiz az) tütün, 444,1 ton (27,0 faiz az) yaşıl çay yarpağı yığılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,2 faiz artıb, bitkiçilik məhsullarının istehsalı isə 0,8 faiz azalıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294