STATİSTİKA

6 ayda 38 min ton quş əti istehsal edilib
27 İYUL
402

6 ayda 38 min ton quş əti istehsal edilib

2017-07-27 09:32:00

Cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 38,0 min ton (keçən il 30,4 min ton) quş əti və 382,0 milyon ədəd (keçən il 342,9 milyon ədəd) yumurta istehsal olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 milyon 54,4 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 102 ədəd yumurta alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287