STATİSTİKA

Azərbaycana yeyinti məhsullarının idxalı artdı – STATİSTİKA
10 İYUL
613

Azərbaycana yeyinti məhsullarının idxalı artdı – STATİSTİKA

2017-07-10 14:24:00

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 624,2 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.

Fins.az-ın verdiyi xəbərə görə, yeyinti məhsulları idxalında illik müqayisədə 4,28% artım qeydə alınıb.

Hesabat dövründə ət idxalı 2,6 dəfə artaraq 35,515 mln. dollar, süd - 69,73% artaraq 5,815 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 18,56% artaraq 32,688 mln. dollar, çay - 13,83% artaraq 21,251 mln. dollara, şəkər - 28,09% artaraq 70,752 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı 35,59% azalaraq 83,169 mln. dollar, meyvə-tərəvəz - 0,01% azalaraq 75,369 mln. dollar təşkil edib.

Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,79%-dən 18,31%-ə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294