STATİSTİKA

500 mal və xidmət – BAHALAŞDI
14 NOYABR
310

500 mal və xidmət – BAHALAŞDI

2016-11-14 09:48:00

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda baza inflyasiya ötən ilin analoji dövrünün göstəricisi 4,1%ə qarşı 12,5% təşkil edib. Fins.az-ın verdiyi məlumata görə, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

“Qiymətləri dövlət tərəfindən tənzimlənən mallar, o cümlədən mövsümi xarakter daşıyan ASK məhsulları nəzərə alınmadan, 2016-cı ilin 9 ayı ərzində Azərbaycanda baza inflyasiya ötən ilin yanvar-sentyabr aylarında 4,1%-ə qarşı 12,5% təşkil edib”, - deyə məlumatda deyilir.

Cari ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 11,2%, həmçinin ərzaq məhsulları üzrə - 12,7%, qeyri-ərzaq məhsulları üzrə 15,9%, xidmətlər üzrə - 5,2% təşkil edib.

“9 ay ərzində inflyasiyanın hesablanması üşün istifadə olunan 561 adda mallar və xidmətlərdən 22-si üzrə qiymətlər ucuzlaşıb, 39-u üzrə qiymətlər dəyişməyib. Beləliklə, xidmət və malların 500 növü üzrə qiymətlərin artımı müşahidə olunub”, - deyə bankda vurğulayıblar. **

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275