STATİSTİKA

Sürücülərin inzibati xətaları artıb-STATİSTİKA
12 NOYABR
575

Sürücülərin inzibati xətaları artıb-STATİSTİKA

2016-11-12 12:01:00

2016-cı il yanvar-sentyabr aylarında ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbərə görə, həmin dövrdə zərərçəkənlərin sayı isə 11,9 faiz azalıb.

Bunlar qəzalarda həlak olub

Zərərçəkənlərin 1 555 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 571 nəfəri isə həlak olub.

Yol-nəqliyyat hadisələrinin çoxu -1302-si yaşayış məntəqələrində baş verib. Nəticədə 1 827 nəfər zərər çəkib, onlardan 374 nəfər həlak olub.  1 453 nəfər isə yaralanıb.

 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 15,8 faiz, yaralananların sayı isə 11,2 faiz azalıb.

İstirahət günləri nə qədər qəza olur?

Bütün yol-nəqliyyat hadisələrinin 41 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 37,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.  2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 6,7 faiz, 18,2 faiz və 7,9 faiz azalıb.

 

Yol-nəqliyyat hadisələrinin 44,2 faizi gündüz, 38,5 faizi gecə, 17,3 faizi isə toran vaxtı baş verib. Hadisələrin 29 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Bu sürücülər daha çox sərxoşluq edir

2016-cı il yanvar-sentyabr aylarında maşının sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 45 nəfər zərər çəkib. Belə hadisələrin 80 faizi minik maşınlarının sürücülərinin payı düşür.

Qaydaları pozanlar cərimə edilib

Qeyd olunan dövrdə yol-hərəkəti qaydaları əleyhinə 2 231,6 min inzibati xəta aşkar edilib. Bu da  2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çoxdur.

Xətaların 51,8 faizi yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 10,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,5 faizi yol ayrıcını keçmə, 4,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsiüzündən baş verib.

İnzibatı xətalardan 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Başqa sözlə, 2016-ciilin yanvar-sentyabr aylarında 1 milyon 156 min nəfərə yaxın şəxs surət həddini aşıb. Qaydaları pozanların 238 min 781 nəfəri dayanma və ya durma qaydalarının pozub. Onların 93 727 nəfəri isə təhlükəsizlik kəmərini bağlamadığına görə cərimə olunub.

Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimə tətbiq edilıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275