STATİSTİKA

Həyat sığorta bazarı 30% artıb – STATİSTİKA
02 NOYABR
114

Həyat sığorta bazarı 30% artıb – STATİSTİKA

2016-11-02 14:57:00

Həyat sığorta bazarı böyüməkdə davam edir. Fins.az-ın məlumatına görə, bu ilin yanvar-sentyabr ayları ərzində sığorta bazarında 3 həyat sığortası şirkəti tərəfindən 116,07 milyon manat sığorta haqqı toplanılıb. Bu isə bazarın  30,3 % artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə həyat sığorta bzarında toplanan sığorta haqqlarının ümumi həcmi 89,11 milyon manat olub.

Fins.az-ın məlumatına görə, yığımların  88,22 milyon manatı könüllü həyat sığortaları üzrə 27,84  milyon manatı icbari həyat sığortaları üzrə hesablanıb. Könüllü həyat növlərində toplanan sığorta yığımlarının  26,86 milyon manatı həyatın ölüm halından sığortasının, 61,14 milyon manatı  həyatın yaşam sığortasının, 189,16 min manatı əmək qabiliyyətinin sığortasının payına düşüb.

 İcbari həyat sığorta növlərinə yalnız bir növ- istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta daxildir. Yəni, 27,84  milyon manat bir növ üzrə toplanılıb. 

Həyat sığorta bazarı üzrə yığımlarla yanaşı, ödənişlər 1,9 dəfə artıb. Bu ilin 9 ayında  həyat sığortası üzrə ödənişlər 65,03 milyon manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 34,17 milyon manat təşkil edib.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 42,78 manat ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 38,3 manat olub.

2016-cı ilin yanvar-sentyabr ayları ərzində  “Paşa Həyat Sığorta” 61,80 milyon manat, “Atəşgah Həyat” 27,89 milyon manat, “Qala Həyat” isə 26,37 milyon manat sığorta haqqı toplayıb. Şirkətlərin ödənişləri isə müvafiq olaraq 25,59 milyon manat, 20,43 milyon manat və 19 milyon manat olub. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272