STATİSTİKA

Dəniz nəqliyyatı ilə yük daşınması azalıb-STATİSTİKA
17 OKTYABR
206

Dəniz nəqliyyatı ilə yük daşınması azalıb-STATİSTİKA

2016-10-17 18:31:00

Bu ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 4 milyon 024,3 min ton təşkil edib. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 21% azalıb. 

Yüklərin 42,7%-ni neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 6 589,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 166,6 min tonunu və ya 93,6%-ni tranzit yüklər təşkil edib. Oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 41,8 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2015-ci ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə artaraq 14,2 min nəfər olub.

Ümumilikdə qeyd olunan dövr ərzindəki yükdaşımaların 2,4%-i dəniz nəqliyyatının payına düşür.

 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272