STATİSTİKA

“AtaSığorta”nın yığımları artmaqda davam edir – HESABAT
04 OKTYABR
199

“AtaSığorta”nın yığımları artmaqda davam edir – HESABAT

2016-10-04 16:35:00

“AtaSığorta” şirkətinin bu ilin yanvar-sentyabr ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə  3,8 % artaraq 7 774 059 manat olub. 2015-ci ilin yanvar-sentyabr aylarında isə sığorta şirkəti 7 484 319 manat sığorta haqqı toplaya bilmişdi.  

Sığorta şirkəti  topladığı hər 100 manatdan 33,3 manatını ödəniş  olaraq müştərilərinə geri  qaytarıb.Yığımlardan fərqli olaraq sığorta ödənişləri  ötən ilin 9 ayı ilə müqayisə  10,7 % azalaraq 2 729 964 manat olub.Sığorta şirkəti ötən ilin yanvar-sentyabr aylarında 3 060 050 manat ödəniş edib. 

“AtaSığorta” sentyabr ayı üzrə də nəticələrini açıqlayıb. Şirkət bir ayda 759 813 manat sığorta haqqı toplayıb.Aylıq ödənişinin ümumi həcmi isə 527 müraciət üzrə 391 446 manat təşkil edib. Şirkətin ödəniş xərclərinin 93,7 %-i avtomobillərə dəyən ziyanla bağlı olub.201 avtomobilin təmiri 367 027 manata başa gəlib. 

“AtaSığorta”nın aylıq tibbi sığorta ödənişləri 21 931 manat təşkil edib.Bundan əlavə səyahət sığortası üzrə 3 hadisəyə görə 2 486 manat ödəniş verilib.

Maraqlıdır ki, hazırda ehtiyat hissələrinin və təmir xəclərinin artması şəraitində sığorta şirkətlərinin xərcləri ötən illə müqayisədə artmalıdır. Amma “AtaSığorta” şirkətində bu baş verməyib. 

Şirkətin idarə heyətinin sədr müavini Orxan Məmmədov fins.az-a bildirib ki, ödənişlərin azalmasına əsas kasko sığorta təsir göstərib. Belə ki, kasko sığortası üzrə çoxillik müqavilələr getdikcə azalır.Könüllü sığortalanan avtomobillər üzrə öhdəliklər bitdikcə bu sığorta növündə hadisələrinin sayı da azalır.Qəzaların azalması da ödənişlərin məbləğinə təsir göstərib. 

Göstəricilər Hesablanmış sığorta (təkrarsığorta) haqları
1 2
Sığorta haqları hesablanmışdır- cəmi : 759 813,83
o cümlədən könüllü sığortalar üzrə - cəmi : 492 562,77
Həyat sığortası üzrə  
o cümlədən :  
həyatın ölüm halından sığortası  
həyatın yaşam sığortası  
annuitet sığortası  
əmək qabiliyyətinin sığortası  
sağalmaz xəstəliklərdən sığorta  
Qeyri-həyat sığortası üzrə 492 562,77
o cümlədən :  
Şəxsi sığorta 108 011,28
o cümlədən :  
fərdi qəza və xəstəlik sığortası 1 974,71
tibbi sığorta 105 208,09
səfər sığortası 828,48
şəxsi sığortaya aid olan digər siniflər  
o cümlədən  
-  
Əmlak sığortası 384 551,49
o cümlədən :  
əmlakın sığortası 58 433,11
o cümlədən :  
əmlakın yanğından və digər risklərdən sığortası 16 849,73
avtonəqliyyat vasitələrinin sığortası 36 482,82
dəmiryol nəqliyyatı vasitələrinin sığortası  
hava nəqliyyatı vasitələrinin sığortası  
su nəqliyyat vasitələrinin sığortası  
yüklərin (nəqliyyat) sığortası 5 100,56
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası  
kənd təsərrüfatı heyvanlarının sığortası  
əmlakın sığortası ilə bağlı digər siniflər  
o cümlədən :  
işçilərin dələduzluğu sığortası  
pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta  
titul sığortası  
mülki məsuliyyətin sığortası 326 118,38
o cümlədən :  
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 430,00
dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası  
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası  
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası  
yük daşıyanın mülki məsuliyyətinin sığortası  
mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası  
peşə məsuliyyətinin sığortası  
işəgötürənin məsuliyyət sığortası 56 640,20
ümumi mülki məsuliyyətin sığortası 269 048,18
hüquqi xərclərin sığortası  
mülki məsuliyyətin sığortası üzrə digər siniflər :  
o cümlədən :  
-  
kredit sığortası  
o cümlədən :  
kreditlərin sığortası  
ipoteka sığortası  
kreditlərin sığortası üzrə digər siniflər  
qarışıq maliyyə risklərinin sığortası  
o cümlədən :  
əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta  
işin dayanması ilə bağlı risklərdən sığorta  
İcbari sığortalar üzrə -cəmi 267 251,06
o cümlədən :  
MM deputatların icbari şəxsi sığortası  
tibbi personalın AİDS-dən sığortası  
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası  
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası  
dövlət qulluqçuların icbari sığortası  
diplomatik nümayəndələrin icbari sığortası  
auditorların peşə məsuliyyətinin icbari sığortası  
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta  
daşınmaz əmlakın icbari sığortası 1 294,56
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası  
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 265 956,50
sərnişinlərin icbari fərdi qəza sığortası  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272