STATİSTİKA

Dəri məmulatları və ayaqqabı istehsalı kəsin azalıb-STATİSTİKA
16 SENTYABR
308

Dəri məmulatları və ayaqqabı istehsalı kəsin azalıb-STATİSTİKA

2016-09-16 13:01:00

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2016-cı ilin yanvar-avqust aylarında 20,3 milyard manatlıq sənaye məhsulu istehsal edib . Dpv lət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, bu göstərici 2015-ci ilin ilk 8 ayı ilə müqayidə  1 faiz çoxdur.

İstehsal edilən sənaye məhsulunun ayrı-ayrı sahələr üzrə bölgüsü bu cür olub:

65,5 faiz - mədənçıxarma

28,2 faiz - emal

5,5 faiz - elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

0,8 faiz - su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda

Qeyd edək ki, mədənçıxarma sektorunda məhsul istehsalı 1,3 faiz , o cümlədən neft hasilatı 1,1 faiz artıb. Əmtəəlik qaz hasilatı isə 0,8 faiz azalıb.

Bu sahələrdə artım olub

Emal sektorunda qida məhsullarının istehsalı 4,5 faiz,

toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə,

geyim istehsalı 20,3 faiz,

ağacın emalı və ağacdan məmulatların istehsalı 48,8 faiz,

kağız və karton istehsalı 6,6 faiz,

poliqrafiya məhsullarının istehsalı 21,4 faiz,

metallurgiya sənayesi məhsullarının istehsalı 0,9 faiz,

hazır metal məmulatlarının istehsalı 17,2 faiz,

kompyuter və elektron məhsulların istehsalı 14,8 faiz,

elektrik avadanlıqlarının istehsalı 2,2 dəfə,

avtomobil, qoşqu və yarımqoşquların istehsalı 25,6 faiz,

mebel istehsalı 12,1 faiz,

maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 62faiz artıb.

Hansı məhsulların istehsalı azalıb?

Statistik göstəricilərə görə, içkilərin istehsalı 11,7 faiz,

 tütün məmulatlarının istehsalı 3,2 faiz,

dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 75,1 faiz,

kimya sənayesi məhsullarının istehsalı 15 faiz,

rezin və plastik kütlə məmulatlarının istehsalı 13,8 faiz,

tikinti materiallarının istehsalı 17,2 faiz,

maşın və avadanlıqların istehsalı isə 12,3 faiz azalıb. 


Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz azalıb. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1 faiz artım qeydə alınıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274