STATİSTİKA

Ərzaq məhsulları bahalaşıb – STATİSTİKA
11 AVQUST
485

Ərzaq məhsulları bahalaşıb – STATİSTİKA

2016-08-11 14:58:00

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,7% bahalaşıb. 

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6% ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,0% bahalaşıb. 

Ay ərzində qarabaşaq, yulaf və arpa yarması, mal və toyuq əti, kərə və bitki yağları, şəkər və şəkər tozu, limon, albalı, gilas, ərik, çiyələk, göyərti, sarımsaq, soğanın qiymətlərində bahalaşma, makaron məmulatları, balıq məhsulları, pasterizə olunmamış üzlü süd, yumurta, alma, armud, banan, alçan, gavalı, şaftalı, qarpız, yemiş, pomidor, xiyar, badımcan, bibər, göy lobya, kələm, yerkökü, çuğundur, kartof, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, zərgərlik məmulatları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, televizor və kompüterlər, telefon və fotoaparatların qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi təchizatı,hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271