STATİSTİKA

Yeni iş yerlərinin sayı azaldı - STATİSTİKA
08 AVQUST
197

Yeni iş yerlərinin sayı azaldı - STATİSTİKA

2016-08-08 17:11:00

2015-ci ildə açılan yeni iş yerlərinin sayı əvvəlki illə müqayisədə azalıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə,  ötən il 115 min 869 iş yeri açılıb. Onlardan  91 min119-u daimi iş yeri olub.

2014-cü ildə isə yeni yaraılan iş yerlərinin ümumi sayı 127  min  315 olub.  Onlardan  105 min 120- ni daimi iş yerləri təşkil edib.

İqtisadi zonalar üzrə bölgü

2015-ci yaradılan iş yerlərinin 39 min 365-i paytaxtın payına düşür. Yeni açılan iş yerlərinin  sayına görə, 2-ci yerdə Aran  iqtisadi zonasıdır – 22 min 122.

Ötən il Gəncə-Qazax iqtisadi rayonunda 13 min 510, Abşeron iqtisadi rayonunda 11  min 180, Lənkəranda 7 min 723, Şəki-Zaqatalada 5 min 202, Quba-Xaşmazda 4  min 693,  Dağlıq Şirvanda 4 min 680, Yuxarı Qarabağda 3 min 711, Naxçıv anda 2 min 908,  Kəlbəcər-Laçın iqtisadi zonasında isə 775 yeni iş yeri yaradılıb.

  Bakıda ən çox iş yeri harda açılıb?

Bakıda açılan iş yerlərinin ən çoxu Səbail rayonunun payı düşüb. Burada yaradılan 6 min 212 yerdən  3 min 612-si daimi iş yeridir. Ən az iç yeri isə Pirallahı rayonundadır.

Xətai rayonunda  - 5 min 125

Yasamal rayonunda  - 4  min 995

Binəqədi rayonunda - 4 min 516

Nərimanov rayonunda - 3 min 996

Suraxanı rayonunda - 3 min 137

Nizami rayonunda  - 2 min 536

Sabunçu rayonunda -  2 min 488

Xəzər rayonu - 1 803

Qaradağ rayonunda – 1 201

Pirallahı rayonu - 109  

Qeyd edək ki, siyahıdakı iş yerlərinin hamısı daimidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272