STATİSTİKA

Dövlət sektorunda işləyənlər artıb, özəl sektorda azalıb - STATİSTİKA
13 İYUL
272

Dövlət sektorunda işləyənlər artıb, özəl sektorda azalıb - STATİSTİKA

2016-07-13 15:04:00

2016-cı il iyunun 1-nədək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 501,7 min nəfər olub. Fins.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin işçilərin 891,3 min nəfəri dövlət sektorunda, 610,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Xatırladaq ki, mayın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 501,6 min nəfər olub. Onlardan 891 min nəfəri dövlət sektorunda, 610,6 min nəfəri isə özəl sektorda fəaliyyət göstərirdi. Başqa sözlə, işləyənlərin sayı 100 nəfər artıb.

Artım dövlət sektorunun hesabınadır. Komitənin məlumatına görə, dövlət sektorunda çalışanların sayı 300 nəfər artıb, özəl sektorda çalışanlar isə 200 nəfər azalıb.

İyunun 1-ə olan məlumata görə, muzdla işləyənlərin 22,6 faizi təhsil, 18,9 faizi ticarət; 12,1 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,5 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275