STATİSTİKA

Azərbaycanın əsas iqtisadi göstəriciləri azalıb - STATİSTİKA
19 APREL
443

Azərbaycanın əsas iqtisadi göstəriciləri azalıb - STATİSTİKA

2016-04-19 10:18:00

Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycanda 12,6 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır. Halbuki, 2015-ci ilin 1-ci rübündə ölkədə 5,3% iqtisadi artım qeydə alınmışdı.

2016-cı ilin ilk 3 ayında qeyri-neft sektorunda azalma 5,7% olub və 8,2 milyard manat təşkil edib. Baxmayaraq ki, 2015-ci ilin 1-ci rübündə neftdən kənar sahələrdə ÜDM 7% artmışdı.

Hesabat dövründə adambaşına düşən ÜDM isə 4,7% azalaraq təxminən 1300 manat təşkil edib. Halbuki, ötən il əhalinin hər nəfərinə görə ÜDM-də 4% artım baş vermişdi.

Yanvar-mart aylarında Azərbaycanda sənaye məhsullarının istehsalı 0,6% azalaraq 7 milyard manat təşkil edib. Neft sənayesi azalsa da, qeyri-neft sənayesində 5,1% artım olub və 2 milyard manatlıq ÜDM istehsal olunub.

Sənaye sektoru zəifləsə də, kənd təsərrüfatında 2,7%-lik artım qeydə alınıb və 644 milyon manatlıq aqrar məhsul istehsalı edilib. Qış mövsümü olduğundan bunun 631 milyon manatı heyvandarlıq məhsullarının payına düşüb. Bu da ötən ilin eyni dövrünə nisbətən 2,5% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272