SOSİUM

Bakının bu hissələrində – QAZ OLMAYACAQ
11 OKTYABR
91

Bakının bu hissələrində – QAZ OLMAYACAQ

2019-10-11 09:34:00

Oktyabrın 11-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov və M.Davud küçələrində bir qrup abonentin qaz təminatında fasilə yaranacaq. Bu zaman rayonun Ş.Məmmədov küçəsində orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, M.Rüstəmov küçəsi 2 ünvanında quraşdırma işləri icra olunacaq. Bundan başqa saat 10:00-dan 18:00-dək “Kür qəsəbəsi” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində aparılacaq quraşdırma işlərinə görə Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır