SOSİUM

DSX həqiqi hərbi xidmətə və işə qəbul elan edib
09 OKTYABR
149

DSX həqiqi hərbi xidmətə və işə qəbul elan edib

2019-10-09 16:14:00

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edib.

DSX-dən  bildirilib ki, zabit, gizir qismində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq arzusunda olan aşağıdakı ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.

- Həkim-ümumi cərrah;

- Həkim-otorinolorinqoloq;

- Həkim-epidemioloq;

- Həkim-terapevt;

- Həkim-infeksionist;

- Həkim-rentgenoloq;

- Həkim-statistik;

- Həkim-travmatoloq-ortoped;

- Həkim-anestezioloq-reanimatoloq;

Namizədlər aşağıdaki tələblərə cavab verməlidirlər:

- Kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

- Fiziki cəhətdən sağlam olmalı;

- Xidmətə qəbul olmaq istəyənlər Azərbaycanın istənilən bölgəsində xidmət etməyə hazır olmalıdır.

Qeyd edək ki, xidmətə və ya işə qəbul olmaq istəyən kişi və qadın namizədlər DSX-nin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır