SOSİUM

Xəzərdə iki zəlzələ olub
09 OKTYABR
69

Xəzərdə iki zəlzələ olub

2019-10-09 10:11:00

Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Fins.az bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla 09:33-də Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 8 km olub.

Daha əvvəl isə yerli vaxtla 07:06-da Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.4, dərinliyi 20 km olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır