SOSİUM

Alimlərdən XƏBƏRDARLIQ: 3 qalaktika bir-birinə çırpılacaq
07 OKTYABR
91

Alimlərdən XƏBƏRDARLIQ: 3 qalaktika bir-birinə çırpılacaq

2019-10-07 11:32:00

Elm adamları hər biri potensial olaraq dağıdıcı toqquşma mövqeyində olan üç qalaktika kəşf edib. Kəşf olunan qalaktikaların ortasında nəhəng qara dəlik var. Qalaktikaların toqquşması həyatın necə yarandığına dair dəlillərin əldə edilməsi üçün ciddi əhəmiyyət kəsb edir.
Fins.az  xəbər verir ki, ABŞ-ın Corc Mason Universitetinin professoru, astrofizik Şobita Satyapal "qatarvari toqquşma" adlandırılan bir kosmos prosesini müşahidə altında saxladıqlarını açıqlayıb.
Elm adamının iddiasına görə, kəşf edilən yeni qalaktikalar bir-birinə potensial çırpılma mövqeyində dayanıb.
Araşdırmaçılar hər qalaktikada milyonlarla ulduz, planet və planet peykinin olduğunu açıqlayıb.
Nəhəng qara dəlik Günəşin həcmindən ən az 12 dəfə böyük ola bilər. Potensial qalaktika birləşməsi adlandırılan bu çırpılmalar elm adamlarına görə, Günəş sisteminin necə yaranmasında dair ipucu verə bilər.
Elm adamları yeni kəşflərə yol açacaq bu birləşmənin nadir proses olması səbəbindən indiyədək daha çox toqquşmanın baş verdiyinin öyrənilməsi baxımından önəmli olduğunu bildirir.
Corc Mason Universitetinin astronomu Rayan Pfeyfl iddia edir ki, bu sistemlər nadir olduğu üçün bunlar haqda bir populyasiya olaraq dəlil yoxdur:
"Buna görə də daha çox dəlil əldə etmək lazımdır. Bu dəlilləri əldə etsək, bunları populyasiya olaraq araşdıra bilərik".
Elm adamları NASA-nın "Chandra X" kosmos aparatı vasitəsilə aparılan araşdırmadan əvvəl sadəcə iki qalaktika birləşməsi olayının baş verdiyini düşünürdü. Lakin müşahidənin davam etdiyi vaxt bir-birinə çırpılmağa hazır 3 qalaktika kəşf edilib. Qalaktikalar bir-birindən 11.000 və 23.800 işıq ili uzaq məsafədə olmasına baxmayaraq, bu toqquşma elm adamlarına önəmli dəlillər verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır