SOSİUM

“ASAN xidmət”ə müraciət edənlərin sayı 33 milyona çatıb
04 OKTYABR
95

“ASAN xidmət”ə müraciət edənlərin sayı 33 milyona çatıb

2019-10-04 15:59:00

“ASAN xidmət”ə 33 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, bu müraciət 2 saylı Bakı ASAN xidmət mərkəzinə Rəşad Abdullayev tərəfindən edilib. 

O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən notariat xidmətindən yararlanıb.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır