SOSİUM

Bu ay iki ulduz axını olacaq
04 OKTYABR
99

Bu ay iki ulduz axını olacaq

2019-10-04 15:54:00

Oktyabr ayında Drakonid və Orionid adlı iki ulduz axını müşahidə ediləcək.

Fins.az xəbər verir ki, ilk Drakonid meteor yağışı oktyabrın 6-da başlayacaq və üç gündən sonra maksimum həddə çatacaq. 

Göydə təxminən saatda on ulduz axını görünəcək.

Orionid ulduz axını isə maksimum həddə oktyabrın 21-də çatacaq.

Digər astronomik hadisələrdə olduğu kimi, oktyabr ayının ulduz axınlarının müşahidəsi də təkcə ayın vəziyyətindən və fazasından deyil, həm də hava şəraitindən və müşahidə ediləcək məkandan asılı olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır