SOSİUM

Bakının seysmik riskinin qiymətləndirilməsi müzakirə edilib
04 OKTYABR
142

Bakının seysmik riskinin qiymətləndirilməsi müzakirə edilib

2019-10-04 12:30:00

Almaniyanın AS+P  şirkətinin nümayəndələri – Stefanie Vladka və Adem Tunca  AMEA  nəzdində  Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.

Mərkəzdən verilən məlumata görə, görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yerirmişli, baş mühəndis Rauf Muradov, “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli və mərkəzin digər əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Almaniyanın layihələndirmə şirkəti olan AS+P şirkəti hazırda  Bakı  şəhərinin Baş planının hazırlanması işi ilə məşğul olduğuna görə RSXM-də keçirilən görüşdə əsas müzakirələr Bakı şəhəri və Abşeron yarımadasında seysmik riskin qiymətləndirilməsi ilə bağlı olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mərkəzdə aparılan seysmik riskin qiymətləndirilməsi və Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması işləri haqqında qonaqları məlumatlandırıb.

AS+P şirkətinin nümayəndəsi Stefanie Vladka isə bildirib ki, Bakı şəhərinin Baş Planı hazırlanarkən buradakı seysmik risk və həssas ərazilər mütləq nəzərə alınmalıdır.  Həmçinin palçıq vulkanlarının yaşayış ərazilərinə təsiri ilə bağlı amillərin də nəzərdən keçirildiyi bildirilib. Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair də fikir mübadiləsi aparılıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır