SOSİUM

Göygölə giriş məhdudlaşdırılıb
03 OKTYABR
156

Göygölə giriş məhdudlaşdırılıb

2019-10-03 12:32:00

Göygöl Milli Parkına giriş məhdudlaşdırılıb.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Göygöl Milli Parkına gedən yolda “Azəravtoyol” ASC tərəfindən asfalt örtüyünün yenilənməsi ilə əlaqədar 3-4 oktyabr tarixlərində milli parka giriş bağlı olacaq.

“Müvəqqəti narahatlığa görə ziyarətçilərdən üzr istəyirik”, – deyə İ.İbrahimova qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır