SOSİUM

"Poçtap"da indiyədək 1 500-dən çox itmiş sənəd qeydə alınıb
02 OKTYABR
107

"Poçtap"da indiyədək 1 500-dən çox itmiş sənəd qeydə alınıb

2019-10-02 17:49:00

"Azərpoct" MMC-nin "Poçtap" xidmətində indiyədək 1 512 itirilmiş sənəd qeydə alınıb.

MMC-dən Fins.az-a verilən məlumata görə, qeydiyyata alınan sənədlərin 466-sı sahiblərinə çatdırılıb, 1 041-i isə aidiyyəti qurumlara göndərilib. Tapılan sənədlərin 5-i “Azərpoct”un filial və şöbələrində saxlanılır.

Qeyd edək ki, itirilmiş sənədlər "Poçtap" sistemində 30 gün saxlanıla bilər və bu dövrdən sonra müvafiq strukturlara göndərilməlidir. Sənədlər haqda məlumatlar xidmət operatoru tərəfindən itirilən sənədlərin məlumat bazasına daxil edilir. Sənəd tapılıbsa, sahibi bu barədə məlumatlandırılır və ona sənədi götürmək üçün hansı poçt şöbəsinə yaxınlaşa biləcəyi barədə bildiriş verilir. İtirilən sənədlər barədə məlumatı pochtap.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır