SOSİUM

Bakı rusiyalıların payızda istirahət üçün seçdiyi MDB-nin TOP-5 şəhərlər siyahısında yer alıb
01 OKTYABR
116

Bakı rusiyalıların payızda istirahət üçün seçdiyi MDB-nin TOP-5 şəhərlər siyahısında yer alıb

2019-10-01 16:45:00

Rusiyanın "TurStat" turizm portalı payız mövsümündə rusiyalılar arasında səyahət və istirahət üçün MDB-nin ən məşhur şəhərlərini açıqlayıb.

Fins.az-ın sözügedən portala istinadən verdiyi məlumata görə, şəhərlərin reytinqi 2019-cu ilin payızında rusiyalı turistlər arasında şəhərlərin populyarlığına görə tərtib olunub. Reytinqə Belarusun paytaxtı Minsk şəhəri başçılıq edir. Bakı sözügedən siyahıda beşinci yerdə qərarlaşıb. Bundan başqa, reytinqdə Nur-Sultan, Almatı, Daşkənd, Kişinyov, Bişkek, Düşənbə, Aşqabad və Yerevan şəhərləri yer alıb.

Xatırladaq ki, hər il oktyabr ayının sonunda Azərbaycanda ənənəvi olaraq Nar bayramı qeyd olunur.

Qeyd edək ki, payız mövsümündə səyahət zamanı turistlər sutka ərzində gecələməyə və qidalanmağa 40-100 ABŞ dolları xərcləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır