SOSİUM

Ölkənin milli parklarının inkişafı üzrə Milli Proqram hazırlanacaq
01 OKTYABR
77

Ölkənin milli parklarının inkişafı üzrə Milli Proqram hazırlanacaq

2019-10-01 12:01:00

“Ölkənin milli parklarının inkişafı üzrə Milli Proqram hazırlanacaq”. Bunu jurnalistlərə “Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O qeyd edib ki, milli parklara səfər edənlərin sayını artırmağın yollarını fikirləşmək və bu sahədəki boşluqları müəyyən etmək lazımdır. “Nəzərə alaq ki, 5-10 il əvvəl bütün milli parklara il ərzində səfər edənlərin sayı təxminən 3000 nəfər olub. Bu ilin ilk 8 ayında isə milli parklara 74 217 turist səfər edib".

H.Əlizadə bildirib ki, bu il milli parklara səfər edənlərin 7286-sı əcnəbi, 66 931-i yerli vətəndaşlar olub. Onun sözlərinə görə, ekoturizmi inkişaf etdirməklə həm ölkəmizi daha çox tanıda, həm də ölkənin gəlirlərini artıra bilərik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır