SOSİUM

Ərazilər tullantılardan təmizlənib
30 SENTYABR
104

Ərazilər tullantılardan təmizlənib

2019-09-30 16:48:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu, Köhnə Binə ticarət mərkəzinin və Abşeron rayonu Məmmədli kəndinin yaxınlığındakı ərazilərdə tullantıların qalaqlandığı barədə daxil olan şikayət yerində araşdırılıb və tullantıların qalaqlandığı, düzgün idarə olunmadığı təsdiqini tapıb.

Ərazilərin tullantılardan təmizlənməsi üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Məmmədli Bələdiyyəsinə “məcburi göstəriş”lər verilib və ərazilər tullantılardan təmizlənib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır