SOSİUM

Deputat enerji içkilərinin reklamının qadağan edilməsini istəyir
30 SENTYABR
71

Deputat enerji içkilərinin reklamının qadağan edilməsini istəyir

2019-09-30 15:37:00

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif edib.

Fins.az-ın xəbərinə görə, M.Quliyev deyib ki, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir.

Deputatın sözlərinə görə, energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir: “Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır