SOSİUM

İTV-nin binasında yanğın İKİ NƏFƏR TÜSTÜDƏN ZƏHƏRLƏNDİ
28 SENTYABR
258

İTV-nin binasında yanğın İKİ NƏFƏR TÜSTÜDƏN ZƏHƏRLƏNDİ

2019-09-28 09:21:00

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.

Fins.az Fövqəladə Hallar Nazirliyinə (FHN)  istinadən bildirir ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Səhiyyə Nazirliyindən fins.az-a bildirilib ki, yanğınla bağlı saat 00:19-da Təcili Tibbi Yardıma çağırış olub. Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası çıxıb.

İki nəfər həkimlərə müraciət edib. Onlardan birinə hadisə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır