SOSİUM

“Yanğının dəqiq səbəbi müəyyənləşdirilir” - İTV-dən açıqlama
28 SENTYABR
172

“Yanğının dəqiq səbəbi müəyyənləşdirilir” - İTV-dən açıqlama

2019-09-28 09:09:00

“İctimai Televiziya və Radio Yayımları Şirkəti” inzibati binasında baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb. 

Fins.az -ın məlumatına görə, açıqlamada deyilir:

"Sentyabrın 27-də gecə saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi müəyyənləşdirilir. Ciddi xəsarət alan olmayıb". 

Xatırladaq ki, bir neçə saat əvvəl telekanalın yerləşdiyi binada baş verən yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb. Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə yerinə bir neçə briqada çıxıb. İki nəfər (kişi) müraciət edib. Birinə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır