SOSİUM

Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
18 SENTYABR
105

Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

2019-09-18 17:54:00

Təhsil naziri Ceyhun Bayramov sentyabrın 27-si saat 10:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayon sakinlərini qəbul edəcək. 

Təhsil Nazirliyindən  verilən məlumata görə, qəbulda İsmayıllı və Ağsu rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-24 sentyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya Nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır