SOSİUM

Hadı Rəcəbli: "Nazirliklər əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünürlər"
18 SENTYABR
113

Hadı Rəcəbli: "Nazirliklər əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünürlər"

2019-09-18 16:41:00

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat İlham Məmmədov əlilliyin təyinatı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid edib.

Fins.az-ın Report-a istinadən xəbərinə görə, deputat deyib ki, bəzən vizual olaraq görünən insanlara əlillik təyin edilmir: “Bu məsələnin aidiyyəti qurumla geniş müzakirəsi vacibdir”.

Komitə sədri Hadı Rəcəbli isə deyib ki, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri əlilliyin təyin edilməsinin yeni modeli barədə düşünürlər: “Yaxşı olardı ki, yeni modeli qabaqcadan bilək. Çünki biz də camaatla üzbəüz qalırıq, seçicilərlə görüşürük. Mən də düşünürəm ki, bununla bağlı bir dinləmə təşkil etməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır