SOSİUM

Ölkədəki işsizlərin sayı açıqlandı
16 SENTYABR
132

Ölkədəki işsizlərin sayı açıqlandı

2019-09-16 17:01:00

Bu ilin sentyabrın 1-nə olan statistikaya görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 70900 nəfər olub, onların 35,3 faizini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, işsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub.  

Eyni zamanda, bu ilin sentyabrın 1-nə olan göstəricilərə əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 191 200 nəfər olub ki, onlardan 4 939 100 nəfərini məşğul əhali təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır