SOSİUM

Bu ərazilərdə qaz olmayacaq
13 SENTYABR
115

Bu ərazilərdə qaz olmayacaq

2019-09-13 10:19:00

Sentyabrın 13-də səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunduğu üçün Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Bundan başqa saat 09:00-dan orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsi və 10:00-dan aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır