SOSİUM

ABŞ bu şəxslərə viza paylayır - KİMLƏRƏ?
11 SENTYABR
136

ABŞ bu şəxslərə viza paylayır - KİMLƏRƏ?

2019-09-11 10:18:00

ABŞ hökuməti Baham adalarında “Dorian” qasırğasından zərər çəkmiş şəxslərə təcili surətdə viza verməyə hazırdır.

Fins.az-ın məlumatına görə, ABŞ-ın Nassaudakı səfirliyi bu ölkəyə təxliyə olmaq istəyən Baham sakinləri üçün təcili viza xidmətlərinə başlayıb.

Bundan başqa, ABŞ Gömrük-Sərhəd Xidmətinin sərhəd məntəqələri Baham vətəndaşlarının keçidi üçün xüsusi rejimə keçməyə hazırlaşır.

Qeyd edək ki, “Dorian” qasırğası ötən həftə Baham adalarında tüğyan edib. Təbiət hadisəsi nəticəsində 43 nəfər həlak olub, 13 min ev dağılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır